Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


İslam İnkişaf Bankı (İİB) tərəfindən “Elm və Texnologiya” nominasiyası üzrə mükafatlandırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Mükafat hər il İİB üzv dövlətlərinə aşağıda göstərilən 3 kategoriya üzrə verilir:
1. Üzv olkənin sosial-iqtisadi inkişafına çox əhəmiyyətli elmi və ya texnoloji töhfə;
2. Mühəndislik, kənd təsərrüfatı, tibb, biotexnologiya, informasiya texnologiyaları, optroniks, materialşunaslıq, əczaçılıq, sənayə mikroelektronikası, nanotexnologiya və alternativ enerji mənbələri üzrə elmi sahələrə edilmiş çox əhəmiyyətli töhfələr;
3. IIB-nın az inkişaf etmiş üzv dövlətlərində uğurlu elmi-tədqiqat institutları.
Mükafat ilə əlaqədar ətraflı məlumatı və ərizə formasını iib-nin rəsmi internet səhfəsindən (www.isdb.orq) əldə etmək olar. Qalibler İİB-nin Müdirlər şurasının 3-5 aprel 2018-ci il tarixlərində Tunis Respublikasında keçiriləcək 43-cü illik Toplantısı zamanı mükafatlandırılacaqdır. Namizəd haqqında məlumat və ərizə forması 30 noyabr 2017-ci il tarixinə qədər [email protected] ünvanına təqdim edilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər