Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


08.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif dördüncü tərtib adi diferensial operatorların spektral xassələri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük cəmlənmiş və ya izləyici qüvvənin təsiri altında olan bircins çubuğun əyilmə rəqslərini modelləşdirən zaman yaranan sərhəd şərtlərindən ikisinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorlar üçün spektral məsələlər təqdim olunur. Bu məsələlərin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün asimptotik düsturlar, məxsusi funksiyaları sisteminin bazislik xassələri haqqında məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər