Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bakı məktəblisi Avropa çempionatının qalibi olub


189-190 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fərid Ağayev Avropa çempionatında birinci yeri tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, F.Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqiblərini məğlub edib. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Bakı məktəblisi qızıl medala layiq görülüb. Qeyd edək ki, çempionata iyirmi ölkədən idmançılar qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər