Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin illik fəaliyyəti


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “ Funksional analiz ” şöbəsində 2017-ci ildə plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 17 iş aparılıb.

Mövzu: “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi”
İş: “Immiqrasiyalı şaxələnən stoxastik proseslər üçün limit teoremləri” İcraçı: f-r.e.d., prof., baş.e.i. S.Ə.Əliyev;

İş: “ Hilbert fəzalarında çoxparametrli operatorlar sistemi üçün məxsusi və qoşma vektorların mötərizəli ayrılması”. İcraçı: f-r.e.n., a.e.i. A.N.Cəbrayılova;

İş: “ Rezolventanın artımı və Banax fəzasında operatorlar siniflərinin xassələri” İcraçı: b.e.i.   Q.Vahabov;

İş:  “Bir  tərtibli  avtoreqresiya prosesi ilə ifadə olunmuş təsadüfi dolaşma üçün limit teoremləri. ” İcraçı: f-r.e.n., a.e.i.   İ.A.İbadova;

İş: “Təsadüfi dolaşmalar üçün xətti və qeyri-xətti sərhəd məsələlərinin tədqiqi.”
İcraçı: f.r.e.n, b. e.i. V.S.Xəlilov;

Mövzu: “Diferensial operatorların spektral analizi ”

İş: “Operator-diferensial tənliklər və onlarla bağlı bəzi spektral məsələlər” İcraçı: f-r.e.d., prof., baş.e.i. S.S.Mirzəyev;

İş: “ Yüksək tərtibli operator tənliklərin spektrinin diskretliyinin tedqiqi ” İcraçı: f-r.e.d., prof., baş.e.i. H.İ.Aslanov;

İş: “ Qeyri-lokal Dirak operatoru üçün tərs məsələnin tədqiqi.”  İcraçı: f-r.e.d., prof., baş.e.i.   H.M.Hüseynov;

İş: “ Üçüncu tərtib diferensial operatorların məxsusi funksiyaları üzrə ayrılışların yığılması”   İcraçı: f-r.e.d., prof., baş.e.i.   V.M.Qurbanov;

İş: “Sərhəd şərtində spektral parametr  olan diffuziya operatorunun bərpası ”  İcraçı: f-r.e.d., baş.e.i.   İ.M.Nəbiyev;

İş: “Bir sinif tərs parabolik operator-diferensial tənliklər üçün başlanğıc şərtsiz məsələ” İcraçı: f.-r.e.n., baş.e.i. A.R.Əliyev;

İş: “Bir sinif ikinci tərtib xüsusi törəməli operator-diferensial tənliklərin həll olunanlığının araşdırılması.” İcraçı: e.i. İ.C.Cəfərov;

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

 

Faydalı linklər