Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ALİMLƏR HAVANI YANACAĞA ÇEVİRDİLƏR


Alternativ energetika və ətraf mühit üçün təhlükəsiz olan, eyni zamanda yüksək keyfiyyətli yanacağın yaradılması bəzən alimləri alınmanın olduqca zərif üsullarını fikirləşməyə məcbur edir. Məsələn, Koreya tədqiqatçıları bu yaxınlarda havadan yanacağın istehsal texnologiyasını təqdim etdilər. Həm də bu danışıq fiquru deyil, Nature Communications jurnalında təsvir edilmiş real texnologiyadır.

Cənubi Koreyanın kimyaçılar qrupu yalnız günəş işığının enerjisindən istifadə edərək atmosferli karbon qazını metana çevirmək bacarığı olan nanomaterial yaratdı. KAIST İnstitutundan olan tədqiqat müəlliflərindən biri Xyundjun Sunun bildirdiyinə görə: “Son illərdə yaradılmış katalizatorlar onları təcrübədə tətbiq etməyə icazə verməyən iki böyük çatışmazlığa malikdirlər – onların işləmə sürəti son dərəcə aşağı olur, daha sürətli katalizatorlar isə adətən qeyri-stabil olurlar və onları bir neçə saat istifadədən sonra təmizləmək lazım olur. Üstəlik onlar hamısı kifayət qədər aşağı KPD-ya malikdirlər. Bizim aldığımız katalizator isə fəallığın və effektivliyin rekord dərəcədə yüksək səviyyəsinə malikdir və analoqlarını üstələyir”.

Göründüyü kimi Cənubi Koreya mütəxəssislərinin ixtirası yuxarıda sadalanan çatışmamazlıqlardan məhrum edilmişdir. Sink oksidinin nanozərrəciklərinin üzərində sınaqların və onların başqa nanomateriallarla kombinə olunması gedişatında, alimlər onların kimyəvi və optik xüsusiyyətlərinin necə dəyişmələrini müşahidə edirdilər. Bu sınaqların gedişatından aydın oldu ki, sinkin və misin oksidindən kombinə edilmiş nanozərrəciklər CO2 molekullarını fəal udurlar, parçalayırlar, suyun altında və yaxşı işıqlandırma vaxtı karbon qazını metana çevirirlər. Bundan başqa, bu nanozərrəciklər dağılmır və uzunmüddətli istifadə zamanı çirklənmirlər.

İndi ekspertlər sonrakı tədqiqata hazırlaşır və texnologiyanın yaxşılaşmasına çalışırlar ki, reaktorun KPD-nı yüksəltsinlər və praktik olaraq tükənməz enerji mənbəyinin alınması üçün sənaye qurğularının istehsalını yaratsınlar.

Mənbə: https://hi-news.ru

Faydalı linklər