Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Geologiya və Geofizika İnstitutunun alimləri sənaye tullantılarından gübrə əldə ediblər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib.

İnstitutdan bildirilib ki, dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan gübrə kənd təsərrüfatında istifadəyə yararlı hala gətirilib. Tədqiqatlara rəhbərlik edən institutun geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun sözlərinə görə, nəzərdə tutulan gübrənin hazırlanması üçün azot, fosfor və kalium lazımdır ki, bunlar da həmin sənaye tullantılarından əldə edilir.

Əldə olunmuş nəticə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib və hazırda Yüksək Texnologiyalar Parkında qurğuda testdən keçirilməyə hazırlanır.

Mənbə: https://azertag.az

Faydalı linklər