Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qaz – maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq Nağıyev “Qaz–maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edib.
Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim edilib.
Eksperimentdə aşkar edilmiş həll edilə bilən qaz qabarcıqları – maye ikifazlı sistemdə zərbə dalğasının güclənməsi effekti çoxfazlı mühit mexanikası metodları ilə təsdiq edilən hesablamaların nəticələri məruzə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər