Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın növbəti iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti  iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Professor elmi şura üzvlərini Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə məlumatlandırıb. Qeyd edib ki, sərginin mövzusu “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Sonra “Elastiklik və plastiklik nəzəriyyəsi”, “Ictimaiyyətlə əlaqələr”, “Beynəlxalq əlaqələr”, “Cəbr və riyazi məntiq”, “Hesablama riyaziyyatı və informatika” şöbələrinin müdirləri f-r.e.d., prof. Vaqif Hacıyev, f.ü.f.d Aynurə Cəfərova, t.ü.f.d, dos. Eldar Abbasov, r.ü.f.d, dos. Əli Babayev, t.ü.f.d Həsən Nağıyev rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti haqqında hesabat veriblər.

Daha sonra “Diferensial tənliklər” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Arzu Qəmbər qızı Əliyevaya 1211.01- Diferensial tənliklər ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər