Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


20.11.2017-ci il saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, dosent Güldəstə Akif qızı Məmmədova “Müxtəlif üsullarla asılmış lövhənin Vinkler döşəməsi üzərində sərbəst rəqsləri” mövzusunda məruzəsi olacaqdır.
Baxılan məsələlərdə müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, halqavari kütlə ilə bərkidilmə hallarında dairəvi lövhənin rəqsləri məsələlərinə baxılmışdır.
Eyni zamanda bütün səthi elastiki bərkidilmə halına da baxılmışdır. Birinci halda məsələ Bessel fuksiyasının köməyi ilə həll olunmuşdursa, ikinci halda isə Kelvin funksiyasının köməyi ilə həll edilir. Bərkidilmə sərtliyi tezlik funksiyası kimi hesablanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər