Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində hesabat dövründə «Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması, funksional fəzalar üçün daxilolma teoremləri» mövzuları üzrə 5 icraçını birləşdirən 4 iş yerinə yetirilmişdir.

Hesabat ilində 13 məqalə (onlardan 9-u Thomson Reuters bazasına daxildir) çapdan çıxmışdır. Bundan əlavə 4 məqalə çapa təqdim edilmişdir.

Hesabat dövründə şöbənin müdiri r.e.d. Vüqar İsmayılov, şöbənin aparıcı elmi işçisi f.r.e.d. prof. Alik Nəcəfov və şöbənin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əliyev ümuminstitut seminarında çıxış etmişdir. Şöbə əməkdaşları şöbə seminarlarında ardıcıl olaraq çıxışlar etmişlər.

Şöbə müdiri r.e.d. Vüqar İsmayılov 02.03.2017 – 18.03.2017 tarixlərində Oksford Universitetində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyətin məqsədi Funksional analiz seminarında çıxış, Prof. C. Batty və Oksford Riyaziyyat İnstitunun digər əməkdaşları ilə elmi müzakirələrin aparılması, müxtəlif seminarlarda iştirak olmuşdur.

Oksford Universitetinin Funksional analiz seminarında “Representation of C(X) as a sum of its subalgebras and some applications” mövzusunda 1 saatlıq mühazirə oxunmuşdur. Mühazirənin qısa məzmunu və məqsədi Oksford Universitetinin saytında qoyulmuşdur (https://www.maths.ox.ac.uk/node/24710). Mühazirə kompakt Hausdorf fəzasında təyin olunmuş kəsilməz funksiyalar fəzasının onun altcəbrləri cəmi şəklində göstərilişi məsələsinə həsr edilmişdir.

Şöbənin müdiri r.e.d. Vüqar İsmayılov, əməkdaşları f.r.e.n. İbrahim Məhərov, f.r.e.n. Arzu Babayev və Aida Əsgərova AMEA Rəyasət Heyəti tərəfindən dəstəklənən “Neyron şəbəkələrlə yaxınlaşma və freymlərin bəzi sualları” proqramının icraçılarıdırlar. Proqram çərçivəsində 2 məqalə çapdan çıxmış, 2 məqalə çapdadır.

Daha ətraflı linkdə >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər