Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

”Bir sinif qeyri-müntəzəm cırlaşan elliptik tənliklərin keyfiyyət xassələri haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında ”Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Bir sinif qeyri-müntəzəm cırlaşan elliptik tənliklərin keyfiyyət xassələri haqqında” mövzusunda məruzə edib.

Çıxışda çəkili qeyri-müntəzəm cırlaşan elliptik tənliklər üçün Mozer, Hölder və Harnak bərabərsizlikləri öyrənilib, bunların köməyi ilə fundamental həllin qiymətləndirilməsi isbat olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər