Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Respublika innovasiya müsabiqəsi elan edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında İqtisadiyyat Nazirliyi və BMT-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən birgə elan edilmiş respublika innovasiya müsabiqəsinin təqdimatı olub.

AMEA-dan bildirilib ki, İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş proqramlar və qəbul olunmuş strateji sənədlər barədə məlumat verib. O, kiçik və orta sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə innovasiyalara investisiya qoyuluşlarının artırılmasının əsas strateji istiqamət olduğunu bildirib.

Qeyd olunub ki, innovasiya müsabiqəsi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, AMEA-nın Yüksək Texnologiyalar Parkının şöbə müdiri Vüsal Süleymanlı və digər çıxış edənlər innovasiya müsabiqəsinin məqsədi və şərtləri, “ASAN xidmət”in layihəsi olan “İdea Bank” barədə məlumat veriblər.

Sonda suallar cavablandırılıb.

Faydalı linklər