Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal İdarəetmə” şöbəsinin illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin  əməkdaşlarının il ərzində 2 kitabı; 1 monoqrafiyası; 27 məqaləsi (11 məqalə Thomson Reutersin siyahısında olan jurnallara daxildir) və 12 tezisi çap edilmişdir.

İl ərzində şöbədə üç istiqamət üzrə elmi-tədqiqat işi aparılmışdır.

I. Optimal idarəetmənin riyazi üsulları

II. Qeyri müəyyənlik şəraitində qərarların planlaşdırılmasını, sintezini və icra olunmasını dəstəkləyən Soft commuting texnologiyasına əsaslanan analitik-informasiya sisteminin işlənməsi

III. Riyaziyyatın tarixi və metodologiyası

İŞ: « İdarəedici funksiyada gecikməsi olan kəsilməz və diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələləri üçün zəruri şərtlər»
İcraçılar: f.-r.e.d., prof. Misir Mərdanov, f.-r.e.d., prof. Telman Məlikov
Gecikməyə malik idarəedici funksiyalarla təsvir olunan kəsilməz proseslərin optimal idarə olunması məsələsi tədqiq olunmuşdur. Nəticədə, variyasiyalar fəzasının çevrilməsi metodunun yeniləşmiş variantı təqdim edilərək rekurrent formada müxtəlif tip yüksək tərtibli optimallıq şərtləri alınmışdır.

İŞ: « Qeyri lokal inteqral sərhəd şərtli bir parabolik tip tənlik üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi»
İcraçılar: f.-r.e.d., prof. Misir Mərdanov r.f.d. Rafiq Teymurov
Müxtəlif tip tənliklərlə (adi diferensial tənlik və parabolik tip tənlik) təsvir olunan sistemlərdə tip istilik mənbələrinin hərəkətinin optimal idarə edilməsi məsələləri tədqiq edilmişdir. Belə optimal idarəetmə məsələlərinin həllinin varlığı və yeganəliyi isbat edilmiş, məqsəd funksionalının Freşe mənada diferensiallanması göstərilmiş, onun idarəedici parametrlərə görə qradiyenti üçün ifadələr alınmış, optimallıq üçün nöqtəvi və maksimum prinsipi şəklində zəruri şərtlər tapılmış, məsələlərin ədədi həlli üçün həll alqoritmləri qurulmuşdur.

İŞ: «Paylanmış parametrli sistemlər üçün tərs və optimallaşdırma məsələrinin ədədi həll üsullarının işlənilməsi».
İcraçı: AMEA-nın müxbir üzvü. Kamil Ayda-zadə
Çubuğun sərhəd idarəetməsi ilə qızdırılma prosesi misalı üzərində paylanmış parametrli sistemlərdə idarəetmə təsirlərinin sintezi məsələsi tədqiq edilmişdir. Əks əlaqə daxili nöqtələrdə prosesin vəziyyətinin ölçülmə qiymətləri ilə yerinə yetirilir ki, hansı ki, bu qiymətlər idarəetmənin formalaşmasında istifadə olunur. Baxılan işdə sintez məsələsinin qoyuluşu təklif edilmişdir. Məsələnin birinci tərtib ədədi optimallaşma üsullarının tətbiqi ilə həlli üçün zəruri düsturlar alınmışdır.

Daha ətraflı linkdə >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər