Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər adi məhsulların köməyi ilə insan hüceyrələrini cavanlaşdıra bildilər


BMC Cell Biology nəşrinin bildirdiyinə görə, Ekseter Universitetinin Britaniyadan olan alimlər qrupu insan hüceyrələrinin cavanlaşmasının yeni üsulunu tapdı. Belə ki, hüceyrələri gəncləşdirən bu maddə resveratroldur. O, qırmızı şərabın, tünd şokoladın, üzümün və qaragilənin əsas komponentidir.

Sınağın gedişatında ekspertlər resveratrolun köməyi ilə hüceyrələri aktiv bölünməyə və telomerləri (xromosomların axır hissələri) uzatmağa məcbur edə bildilər. Məsələ ondadır ki, telomerlərin qısalması – insan hüceyrələrinin qocalmasının əsas əlamətidir. Hər bölünmədə telomer qısalır və qısalma “qaytarılmama nöqtələrinə” çatanda, hüceyrə öz funksiyasını yerinə yetirməyi dayandırır.

Alimlərin yuxarıda təsvir edilən kəşfi onların daha əvvəlki tədqiqatlarına əsaslanmışdır. Bu tədqiqatlar zamanı aydın oldu ki, splaysinq faktorları (splicing factors) adlanan bir sıra zülallar mövcuddur. Onlar qocalma müddətində “sönürlər”, məhz buna görə hüceyrələr bölünmək imkanını itirirlər. Məlum oldu ki, bu genləri geri “daxil etmək” olar. Daxiletməyə isə məhz resveratrol cavab verir.

Ekspertlərin rəhbəri həkim Lorina Harris: “Dəyişmiş hüceyrələri gördükdə, təəccübləndik. Bütün yaşlı hüceyrələr cavanlaşmışdılar. Bu yaşlı insanlara normal həyat yaşamağa kömək etmək cəhdində ilk addım idi. Bizim məlumatlarımız göstərir ki, resveratrollu preparatlardan və məhsullardan istifadə yaşlı hüceyrələrin funksiyasının bərpasını təmin edə bilər. Onlar bölünə və yenidən öz funksiyasını yerinə yetirə bilərlər”.

Mənbə: https://hi-news.ru

Faydalı linklər