Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Səbinə Taptıq qızı Ələsgərovanın “İkitərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 12 işdə öz əksini tapıb.

Daha sonra dissertasiya şurasının iclasında Afaq Faiq qızı Məmmədovanın “Artan potensiallı Şturm-Liuvill operatoru üçün səpilmə nəzəriyyəsinin tərs məsələləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasından riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 10 işdə öz əksini tapıb

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər