Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


29.11.2017-сi il tarixində Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi f-r.e.d. prof. Rəsulova Nazilə Bilal qızı “Konusla zərbə ilə membranların dağılması hadisəsi” mövzusunda çıxış edəcəkdir.
Eksperimental tədqiqatlar göstərir ki, bəzi şərtlər daxilində, cevik membranlara konusla zərbə nəticəsində onlarda həmin nöqtədən başlayaraq bir neçə istiqamətdə yarıqların yayılması hadisəsi baş verir. Aydındır ki, bu məsələ öz qoyuluşu etibarı ilə, qeyri-xətti fəza məsələsidir, çünkü hissəciklərin yerdəyişməsi sonlu kəmiyyət (kiçik deyil) olmaqla bərabər (həndəsi qeyri-xəttilik), hərəkət həm də konusun səthində baş verir. Bu, çox mürəkkəb məsələnin həlli, özünəməxsus bir yöntəmlə, hərtərəfli dartılma zamanı lövhələrdə ulduz şəkilli kövrək çatların yayılması məsələsinin həllinə gətirilir ki, bu məsələ də müəllifin vaxtilə araşdıraraq həll etdiyi bir məsələdir (Trans. ASME, Jour. App. Mech., 2010, vol.77).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər