Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “Heydər Əliyev və Azərbaycanda Təhsilin inkişafı” adlı məqaləsi çap olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektoriyasının “Heydər Əliyev Azərbaycanda Dövlət Quruculuğunun banisidir” mühazirələr toplusunda  “Heydər Əliyev və Azərbaycanda Təhsilin inkişafı” adlı 12 səhifəlik məqaləsi çap olunub.

Məqalədə Ulu Öndər Heydər Əliyevin milli tərəqqinin – elmin, mədəniyyətin və mənəviyyatın üstün inkişafının qüdrətli, əvəzedilməz vasitəsi olan təhsilə qayğısından, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı titanik xidmətlərindən söz açılıb.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası sənədində nəzərdə tutulan problemlərin həlli istiqamətində atılan uğurlu addımlar onu deməyə əsas verir ki, yaxın illərdə ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaradılacaqdır”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

 

 

Faydalı linklər