Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sirlər xəzinəsi” yeni tərtibatda çapdan çıxıb


Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının Xalq Şairi Xəlil Rza Ulutürk tərəfindən edilən poetik tərcüməsi yeni tərtibatda çap olunub. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadədir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildiriblər ki, kitaba akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı “Ön söz” yazıb.

Nəşrin redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Kitaba alimin “Epik şeirə yeni şivə gətirən sənətkar” məqaləsi əlavə olunub.

Qeyd edək ki, nəfis tərtib edilmiş nəşr Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar Mədəniyyət İşçisi Fəxrəddin Əlinin illüstrasiyaları ilə bəzədilib.

Mənbə: www.science.az

 

Faydalı linklər