“Təhsil” şöbəsinin illik fəaliyyəti

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Təhsil” şöbəsi doktorantura, dissertantura və magistratura təhsilinin təşkili ilə məşğul olur.

Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasında – 11 nəfər: 7 əyani və 4 qiyabi doktorant təhsil alır.

Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMİ-nun əyani doktoranturasına 3 nəfər qəbul olunmuşdur:

1202.01- Аnaliz və funksional analiz ixtisası üzrə:

1) Qəhrəmanlı Bənövşə Tamis qızı- (Elmi rəhbər: f.-r.e.n., dos. Telman Qasımov)

1211.01 -Diferensial tənliklər ixtisası üzrə:

2) Allahverdizadə Fatimə-xanım İlyas qızı- (Elmi rəhbər: f.-r.e.d., prof. Əkbər Əliyev)

3324.07-Məsafədən aerokosmik tədqiqatlar ixtisası üzrə:

3) Quliyev Atabəy Məzahir oğlu- (Elmi rəhbər: AMEA-nın müx.üz., prof.,Bilal Bilalov)

Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMI-nun əyani doktoranturasını 6 nəfər bitirib, onlardan 2 nəfər dissertasiya işlərini müdafiyə ediblər: Qurbanova Nargül, Rzayev Natiq.

Riyaziyyat və Mexanika İnstitutunun dissertanturasında – 23 dissertant fəlsəfə doktoru hazırlığı üzrə və 9 dissertant elmlər doktoru hazırlığı üzrə təhsil alır. Hesabat dövründə RMİ-nun dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 6 nəfər və elmlər doktoru hazırlığı üzrə 6 nəfər qəbul olunmuşdur. Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.