Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiya alimləri yeni tip böyrək yaradıblar


Rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər.

“hi-news.ru” saytı xəbər verir ki, Moskva Elektrotexnika İnstitutunun (MEİ) alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar. Hazırda qanın təmizlənməsinin iki üsulu – hemodializ və peritoneal dializ var. Birinci halda qanı ixtisaslaşdırılmış mərkəzlərdə insanın bədənindən kənar təmizləyirlər. Peritoneal dializdə bu, xəstənin qarın boşluğuna yerləşdirilən xüsusi məhlulun köməyi ilə edilir.

Aparat dializəedici məhlulun daimi regenerasiyasıyla peritoneal dializ üsulu ilə qanın təmizlənməsini həyata keçirir. Bu da məhlulun dəyişdirilməsi ehtiyacını gündə bir-iki dəfəyədək azaltmağa imkan verəcək. Artıq laboratoriyada və heyvan modelində aparatın test nümunəsinin müvəffəqiyyətli sınaqları keçirilib.

Faydalı linklər