Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin illik fəaliyyəti haqqında


2017-ci ildə “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi-tədqiqat planına uyğun olaraq “Deformasiyası dönməz cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır. Planda yeddi elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan elmi işlər hesabat dövrünün planına uyğun olaraq yerinə yetirilmişdir.

İş: Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması
İcraçı: f-r.e.d., prof., Lətif Talıblı
Cismlərin təsadüfi dəyişən faktorlar (qüvvə, temperatur və s.) altında korroziya və yorğunluq proseslərinin qarşılıqlı təsirindən dağılması vaxtını proqnozlaşdırmağa imkan verən stoxastik düstur təklif edilir. Stoxastik düstur müəllifin öncə hazırladığı uyğun deterministik düstur əsasında çıxarılmışdır. Təsadüfi kəmiyyətlərin atılma nəzəriyyəsindən istifadə edilir. Konstruksiyaların xidmət müddətinin paylanma qanununun təyini məsələsi xarakteristik xidmət müddətinin təyini məsələsi ilə əvəz edilir. Nəticə etibarı ilə xarakteristik xidmət müddətinin təyini üçün riyazi ifadə alınmışdır. Bu riyazi ifadəyə xarici təsirin paylanma qanunu, cismlərdə yaranan dəyişən gərginlik və deformasiyaların paylanma qanununu xarakterizə edən funksiyalar və sabitlər, cismin materialının xarakteristikası daxildir. Təklif olunan üsulun tədbiqi üçün təsadüfi dəyişən biroxlu dartılmalara məruz qalan ortası deşikli düzbucaqlı elastik lövhənin dağılması məsələsi həll edilmişdir. Həll nəticəsində lövhənin korroziya dağılmasına məruz qalan ilk nöqtəsi və xarakteristik xitmət müddəti təyin olunmuşdur. Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər