Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

«Diferensial tənliklər» şöbəsinin illik fəaliyyəti


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsində 2017-ci ildə  “Xüsusi törəməli diferensial operatorlar nəzəriyyəsinin bəzi məsələləri” mövzusu üzrə 10 elmi tədqiqat işi aparılıb.

İl ərzində “Diferensial tənliklər” şöbəsində 40 məqalə (o cümlədən: xaricdə- 24 , onlardan 16- impact factorlu ( Thomson Reusters Siyahısına daxil), Respublika – 16), 26 tezis və 1 kitab çap olunub.

İş № 1. Struktur dissipasiyalı psevdo hiperbolik tənliklər sistemin üçün Koşi məsələsinin qlobal həllərinin varlığı və yoxluğu. İcraçı: f.-r.e.d., prof. Ə.B.Əliyev.

İş № 2. Dördüncü tərtib adi difetrensial ifadə və spektral parametrdən asılı sərhəd şərtləri ilə verilən operatorun bəzi spektral xassələri.İcraçılar: f.-r.e.d., prof. M.Bayramoğlu, r.e.d., dos. N.M.Aslanova.

İş № 3. Diferensial tənliklərin Viman-Valiron tipli qiymətləndirilmələri üçün bir ehtimal metodu. İcraçı: f.-r.e.d., prof. N.M.Süleymanov.

İş № 4. Yüksək tərtibli elliptik tənliklər üçün sərhəd məsələlərinin həllərinin Morri fəzalarında requlyarlığı. İcraçı: f.-r.e.d., prof. T.S.Hacıyev.

Daha ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər