Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Cəbr və riyazi məntiq” şöbəsinin illik fəaliyyəti haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutnun “Cəbr və riyazi məntiq” şöbəsində hesabat dövründə “Topologiya, funksional analiz və nəzəri fizikada cəbr və məntiqin üsullarının tətbiqi” və “Nəsirəddin Tusinin riyaziyyat və məntiq elmlərinə dair əsərlərinin tədqiqi” mövzuları üzrə 8 icraçını birləşdirən 5 iş aparılıb.

Mövzu 1. Topologiya, funksional analiz və nəzəri fizikada cəbr və məntiqin üsullarının tətbiqi.

İş 1. Çəkili endomorfizmlər cəminin spektral xassələri. İcraçılar: f.-r.e.n., a.e.i. A.İ.Şahbazov, və k.e.i. V.M.Məmmədova;

İş 2. Üçüncünün inkarı (tertum ad absurdum) qanununun və boş antesedentli implikasiyaların həndəsi isbatlarda istifadə edilməsi.
İcraçılar: şöbə müdiri, f.-r.e.n., dos., Əli Babayev, və b.e.i. Valeriya Məclumbəyova;

Mövzu 2. Nəsirəddin Tusinin riyaziyyat və məntiq elmlərinə dair əsərlərinin tədqiqi.

İş 1: N.Tusinin riyazi və məntiqi əsərlərində riyazi isbatın ciddiləşdirilməsi.
İcraçılar: şöbə müdiri, f.-r.e.n., dos., Əli Babayev, və b.e.i. Valeriya Məclumbəyova;

İş 2: N.Tusinin əsərlərində kəmiyyətlər, onların bərabərliyi və onların üzərində əməllər.
İcraçılar: r.f.d., a.e.i. Eminağa Məmmədov və e.i. Rəna Babayeva;

İş 3: N.Tusinin qabarıq xətlər və səthlərin ölçülmələri haqda mülahizələrinin araşdırılması.
İcraçılar: e.i. Əli Əliyev və f.-r.e.n., b.e.i. Leyla Şeyxzamanova;

Daha ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər