Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda seminar keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, f.-r.e.d., prof. Kamil Ayda-zadə “Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda məruzə edib.

İşdə çubuğunun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin optimal yerləşdirilməsinə yanaşma təklif edilib. Məsələnin funksionalının qradiyentinin komponentləri üçün düsturlar alınıb ki, sonuncular da məsələnin ədədi həlli zamanı istifadə olunur. Həmçinin ədədi eksperimentlərin nəticələri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər