Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ucarda professor Nadir Süleymanovun 85 illik yubileyi qeyd olunub


Dekabrın 23-də Ucarda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanovun 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Yubiley tədbiri Ucar rayon İcra Hakimiyyəti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov yubilyarın mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb.

Daha sonra yubiley tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və başqaları çıxış edərək alimin elmi və pedaqoji fəaliyyətindən, mütəxəssis və kadr yetişdirmək sahəsində gördüyü işlərdən söz açıblar.

Tədbirin sonunda professor Nadir Suleymanov haqqında deyilən xoş sözlərə və yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər