Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilərlə görüş keçirilib


Bu gün Bakı şəhəri, Binəqədi rayonu 246 saylı məktəb-liseyin müəllim və şagird heyəti AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olublar.

Görüşü Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov dahi Qausun “Riyaziyyat bütün elmlərin açarıdır” və Eylerin “Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir” fikirləri ilə açıb. Vurğulayib ki, Ümumtəhsil məktəblərində daha çox vaxt ayrılan fənlərdən birinin məhz riyaziyyat olması təsadüfi deyil. O, da təsadüfi deyil ki, dünyada ixtisasından asılı olmayaraq bütün ali məktəblərə qəbul imtahanları siyahısına riyaziyyat daxildir.

Daha sonra professor Misir Mərdanov qonaqlara elmi müəssisənin tarixi, bugünkü fəaliyyəti, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər