Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər


AMEA-nın magistraturasına 2017/2018-ci tədris ilində “Riyazi analiz”, “Diferensial tənliklər” ,“Optimallaşdırma və optimal idarəetmə” və “Riyazi fizika tənlikləri” ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda I və II kurslar üzrə ümumilikdə 12 magistrant təhsil alır.

İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 5 və 8 yanvar tarixlərində  Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə”, “Riyazi fizika tənlikləri” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Qeyri-xətti analiz” və “Harmonik analiz” fənnlərindən, “Riyazi analiz” və “Diferensial tənliklər” ixtisasları üzrə təhsil alan II kurs tələbələri üçün isə “Diferensial operatorların spektral nəzəriyyəsi” fənnindən imtahanlar keçirilib.

Keçirilmiş hər üç imtahan uğurla başa çatıb.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 12, 17, 22, 26 və 29-da keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər