Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


11.01.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edəcəkdir.

Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılacaqdır. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün kafi şərtlər tapılacaq, sonra isə funsionalın artım düsturunun köməyi ilə optimallıq üçün zəruri şərtlər alınacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər