Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Milli Oftalmologiya Mərkəzi institut əməkdaşları üçün müayinə aksiyası keçirdi


12 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirdi. Humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edildi, onların görmə itiliyi, göz təzyiqi yoxlanıldı və zəruri müalicə tədbirləri müəyyənləşdirildi.

Bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər