Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


19.01.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda məruzə edəcəkdir.

Məruzədə sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların ümumiləşmiş Hölder fəzasında bəzi xassələri araşdırılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər