Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rus-Azərbaycan məktəblərinin yaranmasının səbəbi nə idi?


– Rus-Azərbaycan məktəblərinin yaranmasının səbəbi nə idi?

Əsası Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları tərəfindən qoyulan maarifçilik hərəkatı XIX əsrin axırlarında ictimai-pedaqoji fikrin bütün qatlarına nüfuz edir, xalqın milli şüurunu formalaşdırdı. Maarifçilər və onların ardıcılları dərk edirdilər ki, xalqın maariflənməsi millətin tərəqqisinin ən mühüm şərtidir. Rus mədəniyyəti ilə yaxından tanışlıq Azərbaycanda rus məktəbləri nümunəsində yeni tədris müəssisələrinin – rus – Azərbaycan məktəblərinin meydana gəlməsinə səbəb oldu. Belə məktəb ilk dəfə Taixitdin Mamleyev tərəfindən Qazax qəzasının Salahlı kəndində (1875-ci il), sonra isə 1887-ci ildə Bakıda açılmışdı. Məktəb həmin ilin oktyabrında fəaliyyətə başladı. Bu, birsinfli üçüncü dərəcəli xüsusi rus-Azərbaycan məktəbi idi. Məktəbə elə ilk aylarda 60 şagird qəbul olunmuş, qısa bir vaxtdan sonra onların sayı 70 nəfərə çatmışdır. Məktəbin tədris planına ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri daxil idi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər