Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XIX əsrin sonlarında Mirzə Fətəli Axundovun hansı fikri milli ziyalıların fəaliyyət proqramına çevrilmişdi?


– XIX əsrin sonlarında Mirzə Fətəli Axundovun hansı fikri milli ziyalıların fəaliyyət proqramına çevrilmişdi?

-“Əgər xalq tərbiyə edilməzsə və camaat savadlı olmazsa, çəkdiyimiz bütün zəhmətlər heçə-puça çıxacaqdır”.

– XIX əsrin sonlarında M.F.Axundov nələri həlli vacib olan zəriri ictimai və pedaqoji problemlər hesab edirdi?

-O, belə vacib üç məsələni qeyd edirdi: 1) kütləvi xalq məktəblərinin olmaması; 2) xalq müəllimlərinin çatışmazlığı; 3) ana dilində dərs kitablarının olmaması.

Yeni açılan məktəblərdə müəllimlər çatışmırdı. Dövlət məktəblərinə müəllimlər ya Rusiyadan dəvət edilir, ya da Tiflis gimnaziyasının məzunları olurdular.

– M.F.Axundovun maarifçilik fəaliyyətində əlifba ilə bağlı görmək istədiyi işlər necə olub?

-Bu işlər onun fəaliyyətində mühüm yer tutub. Böyük mütəfəkkür əlifba islahatı uğrunda da gərgin mübarizə aparmışdır. M.F.Axundov ərəb əlifbasının, latın qrafikalı əlifba ilə əvəz edilməsinə sağlığında nail ola bilməsə də, onun bu sahədə “əkdiyi toxumlar illər sonra cücərmiş” və öz bəhrəsini vermişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər