Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


24.01.2018-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir.

Məruzədə dördüncü tərtib adi diferensial tənliklər üçün həm xəttiləşən, həm də xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunur. Bu məsələlərin bifurkasiya nöqtələrinin strukturu, potensial sıfırdan fərqli olduğu halda tamam requlyar Şturm sistemlərinin məxsusi funksiyalarının ossillyasiya xassələri, qeyri-xətti məsələlərin həlləri çoxluğunun xətti məsələlərin məxsusi funksiyalarının ossillyasiya xassələrinə malik siniflərdə yerləşən komponentlərinin özünü aparması haqqında məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər