Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın növbəti iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan etdiyini qeyd edib.

Şuranın iclasında Riyaziyyat və Mexanika İnstitutunun 2017/2018-ci tədris ili üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertantura pilləsinə qəbul məsələsi müzakirə olunub.

“Təhsil” şöbəsinin müdiri, professor Ədalət Axundov dissertanturaya elmlər doktoru hazırlığı üzrə dörd yerə dörd nəfərin, fəlsəfə doktorluğu hazırlığı üzrə yeddi yerə on yeddi nəfərin ərizə verdiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər