Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda seminarı keçirilib


“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda çıxış edib.
Məruzədə indefinit çəki funksiyalı və Dirixle sərhəd şərtli ikinci tərtib yarı-xətti müntəzəm elliptik tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin xətti məsələnin baş məxsusi ədədlərinə uyğun trivial cütlərdən budaqlanan müsbət və məxsusi həllərinin qeyri-məhdud kontiniumlarının varlığı haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər