Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclası olub. İclasda Cavanşir Cavad oğlu Həsənovun “Çoxölçülü harmonik analizin və b-harmonik analizin inteqral operatorlarının ümumiləşmiş morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 35 işdə öz əksini tapıb.
Dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Sonra iclasda Nailə Namazovanın dissertasiya işinə kuratorların, Aysel İmanova və Arzu Səfərovanın dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər