Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mirzə Kazım bəy kimdir?


– Mirzə Kazım bəy kimdir?

-Mirzə Kazım bəy 1802-ci ildə doğulmuş, 1870-ci ildə vəfat etmişdir.

Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu onun əsl adıdır. O, Omsk Asiya məktəbində Şərq dillərindən dərs demişdir (1825). Karan universitetində dekan, kafedra müdiri (1848) vəzifələrində işləmişdir. Peterburq universitetində ordinator-professor (1849), kafedra müdiri (1855) vəzifələrində çalışmışdır. Londondakı Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü (1829), Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1835), Kopenhagen Şimal Nadir sənədlər Kral Cəmiyyətinin üzvü (1843), Karan universitetinin fəxri üzvü (1849), Rusiya Coğrafiya cəmiyyətinin həqiqi üzvü (1850), Fransa Asiya Cəmiyyətinin ordinar üzvü (1850), Boston (ABŞ) Şərqşünaslar cəmiyyətinin müxbir üzvü (1851), Amerika fəlsəfə Cəmiyyətinin üzvü (1866) seçilmişdir. Peterburq universitetinin əməkdar professoru (1861), Şərq dilləri üzrə fəxri doktor adını almışdır (1869).

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər