“Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda seminar keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun  «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda çıxış edib.

Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılıb. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan yanaşma təklif olunub. İlkin məsələ naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilib. Bu sistemi həll etmək üçün qovma üsuluna analoji üsul təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.