Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mirzə Fətəli Axundov kim idi?


Mirzə Fətəli Axundov kim idi?

-Mirzə Fətəli Axundzadə (Axundov) 1812-ci ildə Şəkidə anadan olmuşdur. 1814-cü ildə ailəsi Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşdür. 1825-ci ildə anası ilə Nuxaya (Şəkiyə) qayıtmışdır. 1832-ci ildə Gəncəyə gedib Fətəli burada məntiq və fiqh elmlərini, habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənmişdir. 1833-cü ildə Nuxada açılmış rus məktəbində oxumuşdur. 1834-cü ildə Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim təyin olunmuş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır.

1873-cü ildə ona polkovnik rütbəsi verilmişdir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilmiş, Qafqaz Arxeoqrafiya Komissiyasının tədqiqat işlərinə cəlb olunmuşdur.

1850-1855-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan və bütün Yaxın Şərq ədəbiyyatında realist dramaturgiyanın təməlini qoymuşdur.

1857-ci ildə realist Azərbaycan nəsrinin ilk nümunəsini – “Aldanmış kəvakib” (yaxud “Hekayəti-Yusif şah”) povestini yazmışdır.

Əsərləri XIX əsrin 50-ci illərindən başlayaraq rus, fars, ingilis, fransız, alman, gürcü və s. dillərə tərcümə edilmişdir. 1878-ci ildə vəfat etmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər