Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda müvafiq ixtisas fənləri üzrə fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir.  İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi imtahan komissiyasına

1202.01- “Analiz və funksional analiz” ixtisası üzrə

1.f-r.e.d., prof. Həmidulla Aslanov

  1. f-r.e.d., prof. Alik Nəcəfov
  2. r.e.d. Vüqar İsmayılov

1211.01- “Diferensial  tənliklər” ixtisası üzrə 

  1. f-r.e.d., prof.  Əkbər Əliyev
  2. f-r.e.d., prof. Ziyatxan Əliyev
  3. f-r.e.n., Əbdurrəhim Quliyev

1212.01-  “Riyazi fizika tənlikləri” ixtisası üzrə

  1. r.e.d., prof. Ədalət Axundov
  2. r.e.d., prof. Fərman Məmmədov
  3. f-r.e.n., dos. Şirmayıl Bağırov

1214.01-“Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə

  1. f-r.e.d., prof. Telman Məlikov
  2. r.e.d., prof. Rafiq Tağıyev
  3. f-r.e.d., prof. Hamlet Quliyev

2002.01- “Deformasiya olunan bərk cism mexanikası” ixtisası üzrə

  1. f-.r.e.d., prof. Cəfər Ağalarov
  2. f-.r.e.d., prof. Qabil Əliyev
  3. f-r.e.n.,dos. Əlizadə Seyfullayev

2003.01-“Maye,qaz və plazma mexanikası” ixtisası üzrə

  1. f-r.e.d., prof.Faiq Nağıyev
  2. t.e.n.,dos. Eldar Abbasov
  3. f-r.e.n.,dos. Gülşən Ağayeva

daxildirlər.

İmtahanda doktoranturaya sənəd verən 7 nəfərdən  7-si iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb. 6 nəfər “5”, 1 nəfər “3” qiymət alıb. Bundan sonra onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.

Xatırladaq ki, 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə Riyaziyyat və Mexanika İnstitutuna doktoranturaya qəbul üzrə 7 yer ayrılıb .

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər