Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olub.

Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılıb. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarının düz hasilində multixətti Kalderon-Ziqmund və Riss potensial operatorlarının məhdudluğu müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər