Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Silindrik torun hərəkəti” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzə edib.

Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin ox istiqamətində dartılma zərbə məsələsi baxılmışdır. Kütlə və hərəkət miqdarı qanunlarından istifadə edərək zərbə dalğasının sürəti tapılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər