Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


17.05.2018-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılır. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olunur. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilir. Bu sistemi həll etmək üçün həllin xüsisu göstəriliinə əsaslanan naməlum parametrləri tapmaq üçün qeyri-iterativ ədədi üsul təklif olunur. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər