AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının müdiri Xalidə Yaqubovanı 70 yaşı münasibətilə təbrik edirik!

Xalida_Yaqubova.imm

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının müdiri Xalidə Yaqubovanın 70 yaşı tamam olur.
Xalidə Yaqubova 18 sentyabr 1948-ci ildə Azərbaycanın Şamxor rayonunda anadan olmuşdur.
1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumuna daxil olmuş və 1966-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Xalidə xanım əmək fəaliyyətinə M.Əzizbəyov adında Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun fundamental kitabxanasında kitabxanaçı vəzifəsi ilə başlayır.

1971-ci ildə təhsilini davam etdirmək məqsədilə S.M.Kirov ad. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsinə daxil olur.

1968-1977-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin kitabxanasında kitabxanaçı, baş kitabxanaçı vəzifələrində işləyir.

1977-ci ildən bugünə kimi Xalidə Yaqubova AMEA Riyaziyyat və Mexanika İnstitutunda kitabxana müdiri vəzifəsində çalışır.

Xalidə xanım yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olmuşdur. X. Yaqubovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər 40 ildən artıq çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Hörmətli Xalidə xanım, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uğur, səadət və uzun ömür arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.