Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mir Möhsün Nəvvab (1833-1918) kim olub?


XIX əsrin II yarısında Şuşada yeni tipli məktəb açılmışdı. Həmin məktəbi görkəmli Azərbaycan maarifçisi Mir Möhsün Nəvvab açmışdı. Onun məktəbi “Gövhəriyyə” adlanırdı.

O, Şuşada, bütövlükdə isə Qarabağda elmin və maarifin böyük təbliğatçısı idi. “Məclisi-fəramuşan” ədəbi məclisinə başçılıq etmiş, Şuşada qiraətxana, üsuli-cədid məktəbi, mətbəə və cildxana açmışdı. Qarabağ şairlərindən bəhs edən “Təzkireyi-Nəvvab”, nücumdan bəhs edən “Kifayət ül-ətfal” əsərlərinin müəllifidir. Şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdirdiyi kitabların bədii tərtibatı Azərbaycanda təsviri sənət və kitab tərtibatının inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycan klassik musiqisi haqqındakı “Musiqi elmində rəqəmlərin aydınlaşdırılması” (1913) əsəri Azərbaycanda musiqiyə dair nəşr olunmuş ilk kitabdır.

Nəvvab 20-dən artıq kitabın, o cümlədən, “Nurul-əntər”, “Nəsihətnamə”, “Dər elmi-musiqi və vüzuhül-ərqam” (“Musiqi elmində rəqəmlərin aydınlaşdırılması”) və digər əsərlərin müəllifidir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər