Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

AMEA Riyaziyyat və Mexanika İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov AMEA RMİ-nin 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri ” adlı Beynəlxalq konfrans haqqında hesabat verdi.

İclasda həmçinin institutun “Maye və qaz mexanikası”, “Dalğa dinamikası”, “Sürüncəklik nəzəriyyəsi” və  “Təhsil” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər