Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun əməkdaşı riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub.

Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematical Notes” (https://link.springer.com/journal/11006) 0.612 yüksək impakt faktorlu Q3 kateqoriyalı  jurnalda dərc edilib.

Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri

(https://link.springer.com/article/10.1134/S0001434619090190) adlı məqalədə dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri öyrənilmişdir. Belə ki, dəyişən dərəcəli Morri fəzaları arasında daxilolmanı xarakterizə edən meyar alınmışdır.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1134/S0001434619090190

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər