Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Azərbaycan alimlərinin məqaləsi “Web of Science” beynəlxalq bazasında referatlaşdırılmış “Differential EquationsISSN: 0012-2661(Print)  1608-3083(Online) (Q3 kateqoriyalı jurnal) (https://link.springer.com/journal/10625) 0.659 yüksək impakt faktorlu jurnalda dərc edilib.

AMEA Rəyasət Heyətinin qrantı çərçivəsində dərc olunan “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə” (https://link.springer.com/article/10.1134/S0012266119100112) sərlövhəli məqalənin müəllifləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru İlqar Məmmədov  və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – professor Telman Məlikov, AMEA-nın professoru Rövşən Bəndəliyevdir.

Məqalədə qeyri-hamar əmsallı, dörd tərtibli ümumiləşmiş Manjeron tənliyi üçün  verilmiş düzbucaqlı oblastda uzlaşma şərtləri tələb etməyən, qeyri-klassik şərtli Neyman məsələsinə baxılır. Qoyulmuş məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda,əsaslandırılır ki, bu şərtlər klassik sərhəd şərtlərinə ekvivalentdirlər. Korrekt həllolunmanın qurulması inteqral göstərilişlər üsulu əsasında, məsələni inteqral tənliklər sisteminə reduksiya etməklə həyata keçirilir. Ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması operator   tənliklər üsulu ilə isbat edilir.

Xüsusi qeyd edək ki, bu vaxta qədər ədəbiyyatda ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi əmsallar ancaq kifayət qədər hamar olan hal üçün öyrənilmişdir. Bu işdə ilk dəfə olaraq,tənliyin əmsalları üzərinə kifayət qədər təbii şərtlər qoyulmaqla ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi tədqiq edilir.  Bundan başqa, baxılan ümumiləşmiş Manjeron tənliyi müxtəlif fiziki proseslərin çoxlu model tənliklərinin ümumiləşməsidir (Bussinesk-Lyav tənliyi, ümumiləşmiş rütubətkeçirmə tənliyi, teleqraf tənliyi, simin rəqs tənliyi, istilikkeçirmə tənliyi, Aller tənliyi və s.). Beləliklə, baxılan məsələ nəinki nəzəri, həm də böyük praktiki maraq kəsb edir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1134/S0012266119100112

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər