“Cisimlərin qeyri – stasionar konsentrasiyalı diffuziya olunan maddə ilə korroziya dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda seminar keçirildi

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirildi. Seminarda elmi işçi Hicran Əli qızı Məmmədovanın “Cismlərin qeyri – stasionar konsentrasiyalı diffuziya olunan maddə ilə korroziya dağılması vaxtının proqnozlaşdırılması”  mövzusunda məruzə etdi.

Məruzədə aqressiv mühitin qeyri – stasionar dəyişən konsentrasiyasının başlanğıc qiyməti və “material – aqressiv mühit” sisteminin təcrübə yolu ilə təyin olunan xarakteristikası məlum olduqda cismlərin korroziya dağılmasının vaxtını proqnozlaşdırmağa imkan verən üsul təklif olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.