Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.12.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər””Riyazi fizika tənlikləri” şöbələrinin ”Həm diferensial tənliyə, həm də sərhəd şərtlərinə spektral parametr daxil olan məsələlər üçün tamlıq və bazislik haqqında” mövzusunda birgə seminarı keçiriləcəkdir.

Seminarda  f.-r.e.d. İlham Vəliyullah oğlu Əliyev mövzu ilə bağlı məruzə edəcək. Məruzə zamanı ixtiyari tərtib diferensial tənlik üçün xətti spektral məsələyə baxılacaq. Elə sərhəd məsələsi qoyulur ki, spektral parametr həm də sərhəd şərtlərinə daxil olsun. Belə məsələ üçün xüsusi xəttiləşmə göstərilir. Nəticədə alınmış yeni xətti operatorun bəzi spektral xassələri öyrənilir. Belə məsələlər həm də diferensial-operator tənliklər üçün ümumiləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər